Bakıda məşhur restoranda partlayış - Qadın işçi öldü

11:55 13.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 7-si Bakı şəhər Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “La Villa” restoranında partlayış olub.

Hafta.az xəbər verir ki, restoranın mətbəxində baş vermiş partlayış zamanı orada çalışan Məlahət Cəfərova ağır xəsarətlər alıb.

O, xəstəxanaya çatdırılsa da, noyabrın 12-si vəfat edib.

Faktla bağlı araşdırma aparılır. “Qafqazinfo”